"Formula-1" üzrə Monako Qran-Prisinin vaxtı müəyyənləşib

"Formula-1" üzrə Monako Qran-Prisinin vaxtı müəyyənləşib
# 19 may 2020 22:51 (UTC +04:00)

“Formula-1” üzrə dünya çempionatının Monakoda keçiriləcək növbəti mərhələsinin tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Monako Avtomobil Klubu açıqlayıb.

Koronavirus pandemiyası üzündən 2020-ci ildəki yarışın ləğv olunduğu “Knyazlıq”da növbəti mərhələ 2021-ci mayın 20-23-dək yarışa ev sahibliyi edəcək. “Cırtdan ölkə” gələn il daha iki yarışı qəbul etməyi planlaşdırır. Aprelin 23-25-də retro avtomobillərin qatılacağı Monako Qran-Prisi, mayın 8-də “Formula-E”nin mərhələsi baş tutacaq.

Qeyd edək ki, Monte-Karloda ilk avtomobil yarışı 1929-cu ildə təşkil olunub. “Knyazlıq” 1950-ci il və 1955-ci ildən indiyədək “Formula-1” yarışlarını qəbul edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR