“Formula-1”də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər

“Formula-1”də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər
# 13 mart 2020 09:51 (UTC +04:00)

“Formula-1” yarışları Azərbaycan Qran-prisinə qədər təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, “Formula-1” rəsmisi Ross Braun gecə saatlarında komandaların nümayəndələri ilə bir araya gələrək, bu məsələni müzakirə edib.

“McLaren”in işçilərinin birində koronavirus pandemiyasının aşkarlanması səbəbindən yarışın Bakı mərhələsinə qədər təxirə salınması məsləhət görülüb. Əgər belə bir qərar verilərsə, Avstraliya Qran-prisindən sonra Bəhreyn, Vyetnam, Niderland, İspaniya və Monako Qran-priləri təxirə salınacaq və mövsümə Azərbaycan Qran-prisi ilə start veriləcək.

Qeyd edək ki, “Formula-1”in Azərbaycan mərhələsi 5-7 iyunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR