Koronavirus səbəbindən 2020/21 mövsümündə 131 oyun təxirə salınıb

Koronavirus səbəbindən 2020/21 mövsümündə 131 oyun təxirə salınıb
# 18 noyabr 2020 13:35 (UTC +04:00)

Koronavirus pandemiyasının yenidən sürətlə yayılması dünya idmanına mənfi təsirini göstərməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, komanda idman növlərində artıq bir çox oyunlar təxirə salınıb.

Təsadüfi deyil ki, məhz pandemiya səbəbindən 2020/21 mövsümündə indiyə qədər 131 oyun baş tutmayıb. Bunlardan 41-i futbol, 9-u basketbol, 61-i voleybol, 20-si isə həndbol matçlarıdır.

Qeyd edək ki, koronavirus Avropa çempionatı və Tokio Yay Olimpiya Oyunları da daxil olmaqla, bir çox böyük turnirlərin 2021-ci ilə təxirə salınmasına, bəzilərinin isə ləğvinə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR