Koronavirusun yaratdığı sıx təqvimə görə “Tur de Frans”ın vaxtı dəyişdirilib

Koronavirusun yaratdığı sıx təqvimə görə “Tur de Frans”ın vaxtı dəyişdirilib
  • Clock-gray 01:14
  • calendar-gray 29 İyul 2020

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) 2021-ci ildə təşkil olunacaq nüfuzlu çoxgünlük “Tur de Frans” yürüşünün vaxtını dəyişib.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası üzündən 2021-ci ilin təqvimində sıxlığın yaranması səbəb olub.

Belə ki, öncədən yarış iyulun 2-25-də təşkil olunmalı idi. Lakin təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarında velosipedçilərin şose yarışları iyulun 24-də, 25-də və 28-də keçirilməlidir.

Bunu nəzərə alan UCİ “Tur de Frans”ı iyunun 26-dan iyulun 18-dək keçirməyi məqsədəuyğun sayıb. Daha əvvəl bu addımı təşkilatçılar ataraq yarışı bir həftə əvvələ keçirmək istəsə də, Danimarka buna razı olmamışdı. Bəzi mərhələləri qəbul edəcək Kopenhagen təxirə salınan AVRO-2020-nin iyunun 12-də, 17-də və 21-də baş tutacaq qrup, iyunun 28-də isə 1/8 final matçını da qəbul etməlidir.

Qeyd edək ki, “Tur de Frans” 1903-cü ildən keçirilir.

ApaSport

Digər xəbərlər