WADA-nın İdmançılar Komissiyası Rusiyanın yarışlardan tamamilə kənarlaşdırılmasını istəyir

WADA-nın İdmançılar Komissiyası Rusiyanın yarışlardan tamamilə kənarlaşdırılmasını istəyir
# 11 dekabr 2019 10:11 (UTC +04:00)

Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya tətbiq etdiyi cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət oluna bilər.

Apasport.az saytının məlumatına görə, Rusiya atletlərinin 4 il müddətində milli bayraq altında çıxış etmək hüququndan məhrum olunması ilə barədə qərardan şimal qonşularımız deyil, WADA-nın İdmançılar Komissiyası şikayət edəcək.

Komissiya üzvləri bu gün keçiriləcək yığıncaqda apelyasiya məsələsini müzakirə edəcək. Adıçəkilən qurum WADA-nın sanksiyasının yüngül olduğu qənaətindədir.

İdmançılar Komissiyası cəzanın daha da sərt olmasını tələb edir. Onlar rusiyalı idmançıların neytral bayraq altında da çıxış etməsinə qadağa qoyulmasını, böyük yarışlardan tamamilə kənarlaşdırılmasını istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR