Azərbaycan gimnastı Bakıdakı dünya çempionatının final mərhələsinə yüksəlib

Azərbaycan gimnastı Bakıdakı dünya çempionatının final mərhələsinə yüksəlib
# 19 sentyabr 2019 17:43 (UTC +04:00)

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında fərdi yarışların təsnifat mərhələsi başa çatıb.

APA-nın məlumatına görə, iştirakçılar gürzlər və lentlə final mərhələsinə yüksələn 8 idmançını müəyyənləşdiriblər.

Bu iki hərəkətdə təsnifat mərhələsi başa çatdıqdan sonra coxnövçülükdə də bu raund yekunlaşıb. Nəticədə finalın 24 iştirakçısı bəlli olub.

Çoxnovçülükdə 60,050 xal toplayan Azərbaycan gimnastı Zöhrə Ağamirova 21-ci olub. O, bu göstərici ilə finala vəsiqə qazanıb. 51,800 xal toplayan digər idmançımız Veronika Hudis 53-cü olub.

Təsnifatda 1-ci olan rusiyalı Dina Averina 71,350 xal yığıb. İsrailli Linoy Aşram 68,400 xalla 2-ci, rusiyalı Arina Averina 67,750 xalla 3-cü olub.

Gürzlərlə hərəkətdə ilk üç yeri eyni idmançılar tutublar. A.Averina (24,250) 1-ci, D.Averina (24,000) 2-ci, L.Aşram (23,600) 3-cü yerdə qərarlaşıb. Azərbaycan təmsilçiləri Z.Ağamirova 21,100 xalla 12-ci, V.Hudis 16,500 xalla 79-cu, Yelizaveta Luzan 16,050 xalla 89-cu olub.

Lentlə hərəkətdə idmançılarımızdan Z.Ağamirova 18,700 xalla 16-cı, V.Hudis 17,150 xalla 35-ci, Məryəm Səfərova 10,450 xalla 127-ci pilləyə sahib çıxıb. Bu hərəkətdə D.Averina (21,700) 1-ci, L.Aşram (21,150) 2-ci, ukraynalı Vlada Nikolçenko (21,150) 3-cü yeri tutub.

Komanda yarışında Azərbaycan yığması 147,050 xalla 13-cü olub. İlk üç yeri Rusiya (186,500), İsrail (174,750) və Belarus (168,550) tutub.

Qeyd edək ki, bu gün axsam sessiyasında gürzlər və lentlə final mərhələsi baş tutacaq. Sabah keçirilək çoxnövçülükdə isə “16-lıq”da yer alacaq gimnastlar Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR