Dünya çempionatı üçün Bakıya gələn gimnastlar ağacəkmə mərasiminə qatılıblar - FOTOSESSİYA

Dünya çempionatı üçün Bakıya gələn gimnastlar ağacəkmə mərasiminə qatılıblar - FOTOSESSİYA
# 15 sentyabr 2019 18:44 (UTC +04:00)

Milli Gimnastika Arenasının parkında ağacəkmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə 1 gün sonra Arenada baş tutacaq 37-ci dünya çempionatına üçün Bakıya gələn nümayəndə heyətləri, gimnastlar, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) və Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, həmçinin çempionatın rəsmi səfiri Yana Batırşina iştirak ediblər.

Açılış sözü ilə çıxış edən AGF-nin baş katibi Nurlana Məmmədzadə qonaqları salamlayıb və onlara tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirib. Yetişən gənc nəslə təbiətin mühafizəsi çağırışını verən təşkilatçılar daha sonra Y. Batırşina ilə ağacəkmə mərhələsinə start veriblər.

Ardınca gimnastlar və digər qonaqlar da ağac əkərək, ətraf-mühitin qorunmasına, yaşıllığın artmasına öz töhfələrini veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR