Beynəlxalq Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib

Beynəlxalq Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
# 13 sentyabr 2019 14:23 (UTC +04:00)

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) sabiq prezidenti Bruno Qrandi vəfat edib.

APA-nın məlumatına görə, italiyalı qurum rəhbəri 85 yaşında dünyasını dəyişib.

Karyerasına gimnast kimi başlayan italiyalı sonradan məşqçi kimi fəaliyyətini davam etdirib. Ardınca məmur kimi pillə-pillə irəliləyən B. Qrandi 1978-ci ildə Avropa Gimnastika İttifaqının (UEG) yaradılmasında böyük pay sahibi olub. 1977-2000-ci illərdə İtaliya Gimnastika Federasiyasının prezidenti, 1982-1989-cu illərdə UEG-in vitse-prezidenti, 1996-2006-cı illərdə FİG-in prezidenti vəzifəsini icra edib. 2000-2004-ci illərdə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR