Qafqaz Müsəlmanları İdarəsinin sədri “Vicdanın çağırışı” Beynəlxalq Fondunun Nyu-Yorkda keçiriləcək illik toplantısına dəvət alıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri “Vicdanın çağırışı” Beynəlxalq Fondunun Nyu-Yorkda keçiriləcək illik toplantısına dəvət alıb
# 15 mart 2007 09:30 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Vicdanın çağırışı” Beynəlxalq Fondunun martın 27-də Nyu-Yorkda keçiriləcək illik toplantısına dəvət alıb. QMİ-dən APA-ya daxil olan məlumata görə, ABŞ-da 1965-ci ildə yaradılan “Vicdanın çağırışı” Beynəlxalq Fondu dünyada dini etiqad azadlığı və insan hüquqların təmini istiqamətində fəaliyyət göstərir. Fondun fəaliyyət məramnaməsində qarşılıqlı anlaşma və tolerantlığın qiymətli ümumbəşəri dəyərlər kimi təbliğ və təşviqi xüsusi yer tutur. Bu baxımdan, “Vicdanın çağırışı” fondu dünyada tolerantlığın örnəyi sayılan Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR