Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti: Gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti: Gerçəkliklər və perspektivlər” mövzusunda  beynəlxalq konfrans keçiriləcək
# 28 mart 2007 09:26 (UTC +04:00)
Aprelin 3-4-də Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti: Gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya eksklüziv açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib. Komitə sədri bildirib ki, beynəlxalq konfransda dünyanın 21 ölkəsindən nümayəndələr iştirak edəcək. Onların arasında din siyasəti ilə məşğul olan dövlət rəsmiləri, din xadimləri, ilahiyyatçılar, Azərbaycanşünaslar, qafqazşünaslar, politoloqlar və bir sıra ölkələrin Azərbaycandakı səfirləri də olacaq. Tədbirdə iştirak edən xarici qonaqlar məruzələrlə çıxış edəcək. Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də tədbirdə çıxış edəcək. Konfransın yekunu olaraq qətnamə, Azərbaycan prezidentinə və beynəlxalq təşkilatlara müraciətlər qəbul ediləcək. H. Orucov “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunun olduqca geniş əhatəli olduğunu deyib: “Azərbaycanın dini durumundakı müsbət tərəflər, dini etiqad azadlığının təmin olunması, konfessiyalararası mehriban münasibətlər, milli və dini azlıqlara qarşı tolerantlıq və bu tolerantlığın dövlət siyasəti kimi həyata keçirilməsi böyük əhəmiyyət daşıyır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR