Hidayət Orucov: “Azərbaycanın orta məktəblərində dinin ayrıca tədrisinə ehtiyac yoxdur”

Hidayət Orucov: “Azərbaycanın orta məktəblərində dinin ayrıca tədrisinə ehtiyac yoxdur”
# 04 aprel 2007 12:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Ölkədə dini təhsil verən kifayət qədər mədrəsənin və ali məktəbin olduğunu bildirən H. Orucov hesab edir ki, orta məktəblərdə yalnız milli-mənəvi dəyərlərlə bağlı ayrıca fənn tədris oluna bilər: “Belə bir fənn də hazırlanıb. Bu, “Həyat bilgisi” dərsliyidir. Burada milli-mənəvi dəyərlərlə bərabər, dini dəyərlər də əksini tapıb”. Digər tərəfdən, Azərbaycanın orta məktəblərinin də dini tədris etməyə hazır olmadığını bildirən H. Orucov bunu kadr çatışmazlığı ilə əlaqələndirib: “Dini sahədə ciddi mütəxəssis qıtlığı mövcuddur. Hazırda rəhbərlik etdiyim komitədə də bir neçə vakant yer var. Dini mütəxəssislər olmadığı üçün həmin yerlər boş qalıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR