Allahşükür Paşazadə İranda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Allahşükür Paşazadə İranda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 05 aprel 2007 12:28 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məzhəblərin Yaxınlaşması üzrə Beynəlxalq Mərkəzinin “Həzrəti Peyğəmbər (S) timsalında İslam birliyi” mövzunda aprelin 6-9-da İranda keçirəcəyi 21-ci konfransda iştirak edəcək. Bu barədə APA-ya QMİ-dən məlumat verilib. Məlumata görə, Şeyxülislam dini sahədə Azərbaycan gerçəklikləri ilə bağlı konfransda çıxış edəcək.
Qeyd edək ki, A. Paşazadə adı çəkilən Məzhəblərin Yaxınlaşması üzrə Beynəlxalq Mərkəzi Baş Assambleyasının üzvüdür. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR