“Nur” ilahi qrupu “Rəsulullah” və “Əsgər marşı” adlı mahnılarına klip çəkdirəcək

“Nur” ilahi qrupu “Rəsulullah” və “Əsgər marşı” adlı mahnılarına klip çəkdirəcək
# 11 aprel 2007 15:20 (UTC +04:00)
“Nur” ilahi qrupu Məhəmməd Peyğəmbərin (s) mövludu ilə bağlı tədbirlər həyata keçirəcək. Qrupdan APA-ya verilən məlumata görə, ilk tədbir “Ümid” sığınacaq evi və başqa uşaq evlərində təşkil olunacaq. Qrup üzvləri həmin ünvanlarda musiqili proqramla çıxış edəcəklər. Aprelin 14-də isə “Nur” qrupu Gəncliyə Yardım Fondunun akt zalında ədəbi-bədii tədbir keçirməyi planlaşdırır. Bununla yanaşı, qrup yaxın vaxtlarda “Rəsulullah” və “Əsgər marşı” adlı mahnılarına klip çəkdirmək fikrindədir. Klipin rejissoru Eldəniz Cəfərovdur. Eyni zamanda “Nur” qrupu yayda ilahi mövzuda film çəkməyi planlaşdırır. Filmdə tanınmış aktyorların çıxışı nəzərdə tutulub. Hazırda filmin aktyor heyəti müəyyənləşdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR