Azərbaycanda 384 dini icma rəsmi qeydiyyatdan keçib

Azərbaycanda 384 dini icma rəsmi qeydiyyatdan keçib
# 12 aprel 2007 09:47 (UTC +04:00)
Azərbaycanda indiyədək 384 dini icma rəsmi qeydiyyatdan keçib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, qeydiyyata alınan dini icmalardan 31-i qeyri-İslam, qalanları isə İslam təmayüllüdür. Bəzi dini icmalar isə qeydiyyata alınma ərəfəsindədir. Qeydiyyat üçün müraciət edən icmalara bəzi sənədləri qaydaya salmaq tövsiyə olunub. Komitədən, həmçinin, bildirilib ki, bu günə kimi yalnız bir dini icmanın qeydiyyatı ləğv olunub. Təbliğat zamanı yanlışlıqlara yol verən xristian təmayüllü “Məhəbbət” kilsəsinin fəaliyyəti rəsmi şəkildə dayandırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR