Hidayət Orucov: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyi zərərli dini qrupları bir neçə gün ərzində qeydiyyata götürüb”

Hidayət Orucov: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyi zərərli dini qrupları bir neçə gün ərzində qeydiyyata götürüb”
# 08 may 2007 09:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Qusarda səfəri zamanı söyləyib. O, Qafqaz Müsəlmanları İdarəsinin zəmanət verdiyi dini icmaların bir çoxunun qeydiyyata alınmadığını bildirib: “Dövlət Komitəsində rəhbərlik dəyişənə kimi bu quruma olan yüzlərlə müraciət üst-üstə yığılıb qalıb. Qafqaz Müsəlmanları İdarəsi 60-dan çox icmaya zəmanət versə də, onlar qeydiyyatdan keçməyib. Bunun əvəzində zərərli dini qruplar cəmi bir neçə gün ərzində qeydiyyata alınıb. Artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu əngəllər aradan qaldırılıb və qeydiyyat sadələşdirilib”. Hidayət Orucov Qusarda 26 məsciddən yalnız 5-nin qeydiyyatdan keçməsindən narazılığını bildirib və bu problemin həlli üçün yerli icra orqanlarına tövsiyələrini verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR