Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyəyə səfərə gedib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyəyə səfərə gedib
# 15 may 2007 14:45 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Türkiyəyə səfərə gedib. Komitədən APA-ya verilən məlumata görə, səfərdə məqsəd iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı inkişaf etdirmək və bölgədə mövcud olan dini münasibətlərlə bağlı müzakirələr aparmaqdır. Səfər çərçivəsində Türkiyənin Diyanət İşlər Başqanlığı ilə DQİDK ararsında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunacaq. Hidayət Orucovun Türkiyənin digər dövlət qurumlarının rəhbərləri ilə də görüşləri gözlənilir. Səfər mayın 19-da başa çatacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR