Alban-udi dini icmasının üzvləri Xudavəng monastırını ziyarət edib - YENİLƏNİB - VİDEO

Alban-udi dini icmasının üzvləri Xudavəng monastırını ziyarət edib - YENİLƏNİB  - VİDEO
# 09 may 2022 14:30 (UTC +04:00)

Alban-udi dini icmasının üzvləri Kəlbəcərdə Xudavəng monastırını ziyarət edib.

APA-nın yerli bürosu xəbər verir ki, dini icma üzvləri məbəddə dini ayin icra ediblər, dualar oxuyublar və şamlar yandırıblar.

Azərbaycan Alban-udi xristian dini icmasının sədr müavini Rafik Danakari deyib ki, bu gün faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsi anılıb, eyni zamanda, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin xatirəsi yad edilib.

“Arzumuz odur ki, bir daha Azərbaycan torpağında müharibə olmasın”, - o qeyd edib.

***

10:15

Bu gün Pasxa bayramı münasibətilə Alban-udi dini icması və digər xristian icmalarının üzvlərinin Kəlbəcərdə Xudavəng monastırına səfəri təşkil edilib.

APA-nın yerli bürosu xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə baş tutub.

Səfər çərçivəsində Dövlət Komitəsinin, Alban-udi dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də Kəlbəcərə yola düşüb.

Dini icma üzvləri məbəddə dini ayin icra edəcəklər, dualar oxuyacaqlar və şamlar yandıracaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR