Allahşükür Paşazadə Bakıda Ramzan Kadırovun oğlu ilə görüşüb

Allahşükür Paşazadə Bakıda Ramzan Kadırovun oğlu ilə görüşüb
# 30 mart 2023 19:03 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə martın 30-da Azərbaycanda səfərdə olan RF Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırovla görüşüb.

QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, qonaq Şeyxülislama Qurani-Kərim hədiyyə verib.

Şeyxülislam Kadırovun oğlunu bu yaxınlarda ailə qurması münasibətilə təbrik edib.

Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR