Allahşükür Paşazadə Roma Papasını təbrik edib

xristian dünyasının liderləri

© APA | xristian dünyasının liderləri

# 29 dekabr 2021 14:12 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Həzrəti İsa Məsihin Miladı bayramı münasibətilə xristian dünyasının liderlərinə təbrik məktubları ünvanlayıb.

Bu barədə APA-ya QMİ-dən məlumat verilib.

QMİ sədri Moskva və Bütün Rusiya Patriarxı Kiril, Bütün Gürcüstan Patriarxı II İliya, Roma Papası Fransisk, Ekumenik Patriarx I Varfolomey, Süryani kilsəsinin patriarxı II İqnatius Afrem, Rumıniya patriarxı Daniel, Maroni kilsəsinin patriarxı Beşara Butrus Rayi, Antioxiya və bütün Şərqin Yunan Ortodoks kilsəsinin patriarxı Yohanna X Yazıcı və digər xristian liderlərinə təbrik məktubları göndərib.

A. Paşazadə yuxarıda adıçəkilən dini liderlərə mesajlarında təbriklərini dilə gətirərək Allah-Taalaya dünyada sülhün, insanlar arasında qarşılıqlı hörmətin və anlaşmanın bərqərar olması üçün dualar edib, dinlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın müstəsna əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR