Allahşükür Paşazadə xalqa başsağlığı verib

Allahşükür Paşazadə xalqa başsağlığı verib
# 14 sentyabr 2022 10:51 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

APA QMİ-yə istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman hərbi qulluqçularımızın şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmaları və yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa bəxş etsin!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR