Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - SİYAHI

Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - SİYAHI
# 02 avqust 2022 14:32 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanları açıqlayıb.

APA QMİ-yə istinadən 2022-ci il avqustun 8-də Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları təqdim edir:

Bakı şəhəri üzrə:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu Şah Abbas” məscidi

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu Qaraçuxur məscidi

Yasamal rayonu “Təzə Pir” məscidi

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt,

Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.

Ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR