Avropa Ravvinləri Konfransının nümayəndələri Qubaya səfər edib 

Avropa Ravvinləri Konfransının nümayəndələri Qubaya səfər edib 
# 20 iyul 2022 17:58 (UTC +04:00)

Avropa Ravvinləri Konfransının icraçı direktoru və aparat rəhbəri Qadi Qroniçin rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, səfərdə Avropa Ravvinləri Konfransının hüquq departamentinin rəhbəri Şorena Mikava, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səfər Səfərli iştirak edib.

Səfər çərçivəsində Quba Rayon İcra Hakimiyyətində qonaqlarla görüş keçirilib. Sonra isə qonaqlar dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlarla və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR