Azərbaycan səfirliyi Polşada iftar süfrəsi açıb

Azərbaycan səfirliyi Polşada iftar süfrəsi açıb
# 30 aprel 2022 18:54 (UTC +04:00)

Azərbaycanın Polşadakı səfirliyi Ramazan ayı ilə əlaqədar növbəti xeyriyyə aksiyasını Belostok şəhərində keçirib.

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfirliyin təşkilatçılığı və dəstəyi ilə açılan iftar süfrəsində Polşanın müftisi Tomaş Miskeviç başda olmaqla, Polşa Müsəlmanları İttifaqının, yerli tatar icmasının təmsilçiləri, o cümlədən şəhərdə təhsil alan müxtəlif ölkələrdən tələbələr iştirak ediblər.

Polşanın müftisi Tomaş Miskeviç iftar süfrəsi ilə bağlı fikirlərini bölüşən zaman aksiyanın keçirilməsindən məmnunluğunu ifadə edərək, tədbirin əsl həmrəylik, dostluq, qardaşlıq və xeyirxahlıq kimi universal dəyərlərə ehtiva etdiyini bildirib. O, qısa zaman ərzində Azərbaycan səfirliyinin ölkədəki müsəlman icması üçün olduqca dəyərli tərəfdaşa çevrildiyini vurğulayıb. Tomaş Miskeviç oxşar tədbirlərin digər müsbət cəhətləri ilə yanaşı, Polşanın müsəlman əhalisi arasında Azərbaycana qarşı rəğbəti təşviq etdiyini bildirib.

Səfir Nərgiz Qurbanova bütün məclis iştirakçılarına qarşıdan gələn Ramazan bayramı münasibəti ilə xoş və səmimi təbrikləri çatdıraraq, gələcəkdə Azərbaycan və Polşa xalqları arasında əlaqələrin daha da parlaq nailiyyətlər qazanacağına olan inamını ifadə edib.

Belostok məscidində baş tutan iftar məclisində Azərbaycan mətbəxinin təamları qonaqlara təqdim olunub, daha sonra Azərbaycan şirniyyatları ilə çay süfrəsi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR