Azərbaycanda məscidlərdə bayram namazı qılınıb - FOTO - VİDEO

Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

© APA | Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

# 02 may 2022 09:02 (UTC +04:00)

Ramazan ayının başa çatması ilə əlaqədar olaraq, bu gün Azərbaycanda bayram namazı qılınıb.

APA xəbər verir ki, bayram namazında QMİ-nin rəsmiləri, bir sıra xarici ölkənin müsəlman vətəndaşları və yerli əhali iştirak edib.

Bayram namazında insanlar Allaha dualar edib, günahlarının bağışlanmasını diləyiblər.

Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR