Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib - EKSKLÜZİV - VİDEO

Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib - EKSKLÜZİV  - VİDEO
# 24 may 2022 14:44 (UTC +04:00)

Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb: “Həcc ziyarətinin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”.

Şöbə müdiri deyib ki, Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir: “Eyni zamanda, iki doza vaksin tələb olunur (Pfizer-BioNTech vaksini 2, Moderna 2, Oxford-Astrazeneca 2, Janssen 1, Covovax 2, Nuvaxovid 2, Sinopharm 2, Sinovac 2, Covaxin 2, Rusiya istehsalı vaksin 2 doza). 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”.

Qeyd edək ki, ötən ay Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirus pandemiyasının başlayandan bəri ilk dəfə olaraq xaricdən gələn zəvvarlara bu il Həcc ziyarəti üçün icazə verib və Məkkə ilə Mədinənin müqəddəs yerlərini ziyarət etməyə icazə verilən zəvvarların sayını bir milyona çatdırıb. “Bu il həm krallıqdan, həm də xaricdən bir milyona qədər zəvvarın Həcc ziyarətinə icazə verilməsi qərarı Səudiyyə Ərəbistanının dünya müsəlmanlarının Həcc ziyarəti və Ümrə ayinlərini icra, Peyğəmbər məscidi və digər yerlər ziyarət edə bilməsinə dair Həcc ziyarəti üçün davamlılığını təşviq etməkdə maraqlı olduğunu əks etdirir”, - deyə məlumatda qeyd olunub.

O da bildirilib ki, bu il krallıqda qəbul olunmuş vaksinlərlə tam peyvənd olunmuş yaşı 65-dən aşağı olan şəxslər Həcc ziyarəti edə biləcək. Onlardan krallığa ərazisində girməzdən əvvəl 72 saat ərzində aparılan mənfi PCR test nəticəsini təqdim etmələri tələb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR