Azərbaycanın məscidlərində bayram namazları qılınıb - FOTO - YENİLƏNİB

Azərbaycanın məscidlərində bayram namazları qılınıb - FOTO  - YENİLƏNİB
# 21 aprel 2023 09:00 (UTC +04:00)

Azərbaycan məscidlərində bayram namazı qılınıb.

APA xəbər verir ki, Əjdərbəy" məscidində saat 08.00-də, Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınıb.

Namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə Təzəpir məscidində qılınıb.

***

09.00

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.

APA xəbər verir ki, bayram namazı "Əjdərbəy" məscidində, saat 08.00-da başlanıb.

Bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır, "Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-ü qeyri-iş günləri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR