Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı dini ayinləri başa çatıb

Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı dini ayinləri başa çatıb
# 15 iyul 2022 10:31 (UTC +04:00)

“Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı dini ayinləri bitib”.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, hazırda zəvvarlar Məkkənin tarixi müqəddəs yerlərini ziyarət edirlər:

“İyulun 16-17-də zəvvarlarımız Mədinəyə səfər edəcəklər. İyulun 19 və 20-də isə zəvvarlar geri dönəcəklər”.

Qeyd edək ki, pandemiyadan sonra bu il ilk dəfə 680 zəvvar Azərbaycandan Həcc ziyarətinə gedib. Həcc ziyarətinə səfər iyunun 29, 30 və iyulun 1, 2-də təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR