BBMM: Avropanın bir çox ölkəsində müsəlman əhalinin sıxışdırılması prosesi baş verir

BBMM: Avropanın bir çox ölkəsində müsəlman əhalinin sıxışdırılması prosesi baş verir
# 15 mart 2023 09:32 (UTC +04:00)

Belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın muktikultural ölkə olmasını sübut edir.

APA xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

Rəvan Həsənov demokratiya və digər dəyişikliklər adı altında İslama qarşı ciddi mübarizə aparıldığını qeyd edib.

"Avropanın bir çox ölkəsində müsəlman əhalinin sıxışdırılması prosesi baş verir. Hesab edirəm ki, Avropa cəmiyyətləri islamofobiya ilə mübarizəni məhz təhsillə başlamalıdır. Hər bir fərdin hamıya hörmətlə yanaşmalı olduğu məsələsinə həssas olmalıdır.

Mən diqqəti Azərbaycanın dövlət siyasətinə çəkmək istəyirəm. Biz multikulturalizm və tolerantlığı öz dövlət siyasətimizə çevirmişik. Eyni zamanda, bu strategiyanın cəmiyyətimizdə müsbət tərəflərinin şahidi oluruq", - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR