Dövlət Komitəsi: Din xadimlərinin təyinatında testi məqsədəuyğun saymadıq

Gündüz ismayılov

© APA | Gündüz ismayılov

# 24 may 2022 11:33 (UTC +04:00)

“Bir neçə ölkənin təcrübəsindən yararlanmışıq. Bu ölkələrin təcrübəsində din xadimlərinin təyinatı iki mərhələli olur: test və müsahibə. Amma biz testi məqsədəuyğun saymadıq, sadəcə müsahibə üsulunu saxladıq”.

APA xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, gələcəkdə müsahibə ilə yanaşı bir neçə mərhələdən də istifadə oluna bilər:

“Vəzifədən vəzifəyə dəyişiklik olarsa, müsahibə vacibdir. Bir məsciddən başqa bir məscidə eyni vəzifə ilə keçmək üçün müsahibəyə ehtiyac olmadığı halda, vəzifə artımında müsahibə vacibdir”.

Gündüz İsmayılov deyib ki, dini təhsili olan və imam olmaq istəyən şəxs müsahibədən uğurla keçəcəyi təqdirdə öz razılığı ilə başqa bir əraziyə imam təyin edilə bilər. O qeyd edib ki, burada əsas önəmli şərt müsahibəni uğurla keçməkdir:

"DQİDK razılığı ilə və yaxud QMİ tərəfindən göndərilib xaricdə dini təhsil alan şəxslər də müsahibədə iştirak edə bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR