Dövlət Komitəsinin sədri dinin ayrıca fənn kimi tədrisinə münasibət bildirib

Mübariz Qurbanlı

© APA | Mübariz Qurbanlı

# 15 dekabr 2022 12:28 (UTC +04:00)

"Bu gün Azərbaycanda həm orta məktəblərdə, həm də ali məktəblərdə dinlər haqqında məlumatlar verilir".

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, orta məktəblərdə "Həyat bilgisi" fənni tədris olunur:

“Bu fənn içərisində dinlər haqqında, o cümlədən İslam dini haqqında məlumatlar yer alıb. Dini Komitə Elm və Təhsil Nazirliyi ilə birgə müəyyən proqramlar üzərində işləyib. Həmin proqramlar dərsliklərdə öz əksini tapır. Ali məktəblərdə isə "Multikulturalizmə giriş" fənni tədris olunur. Həmin fənndə bütün dinlər haqqında məlumatlar öz əksini tapıb. Təhsil ocaqlarında tələbələr dinlər haqqında məlumat əldə edə bilir”.

O ki qaldı dinin ayrıca fənn kimi tədrisinə, Komitə sədri əlavə edib ki, bəzən bu, başqa cür başa düşülür: "Söhbət dünyagörüşü səviyyəsində bilginin əldə edilməsindən gedir. Bütün dünyada dinlər haqqında bilgi orta məktəb proqramı çərçivəsində öyrənilir və öyrədilir. Bizdə də dünyagörüşü səviyyəsində tələbələrə, şagirdlərə çatdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR