Gəncədə Milad bayramı qeyd olunub - FOTO - VİDEO

Gəncədə Milad bayramı qeyd olunub

© APA | Gəncədə Milad bayramı qeyd olunub

# 07 yanvar 2022 11:03 (UTC +04:00)

Gəncədə Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Milad bayramı qeyd edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, pravoslav təqviminə əsasən İsa peyğəmbərin doğulduğu gün - 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncə bölgəsində yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramlarının gəlişini birgə qeyd ediblər.

Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.

Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub. Pravoslavlar qeyd ediblər ki, illərdir Gəncədə bu bayramı keçirirlər və heç vaxt problemlə üzləşməyiblər.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Xatırladaq ki, Gəncə şəhərində təxminən iki min nəfərə yaxın pravoslav məskunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR