Gürcüstandan gələn müsəlman din xadimlərinin Ağdama səfəri başa çatıb - YENİLƏNİB

Gürcüstandan gələn müsəlman din xadimlərinin Ağdama səfəri başa çatıb - YENİLƏNİB
# 21 may 2022 16:20 (UTC +04:00)

Gürcüstanda yaşayan 38 müsəlman din xadiminin Ağdama səfəri başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, din xadimləri əvvəlcə rayonunun Ağdamkənd kəndində olub.

Burada ermənilərin viran qoyduğu kəndlər barədə məlumat verilib, ermənilərin bütün yaşayış məntəqələrini minaladığı diqqətə çatdırılıb.

Din xadimləri Ağdam şəhərinin qalıqlarına baxıb, daha sonra Pənahəli xanın imarətində olub. Qonaqlara ermənilərin işğal müddətində bütün tarixi, dini və mədəni obyektləri tamamilə talan edib, xarabalığa çevirdikləri barədə məlumat verilib. Gürcüstandan gələn din xadimləri daha sonra Ağdam Dram Teatrının, Ağdam Çörək Muzeyinin qalıqlarını öz gözləri ilə görüb, ermənilərin dağıtdığı Ağdam Cümə məscidində aparılan bərpa işləri ilə tanış olub.

Gürcüstandan gələn qonaqlara ermənilərin söküb dağıtdığı, qəbirləri təhqir etdikləri Ağdam Şəhidlər xiyabanı haqqında da məlumat verilib.

Sonda qonaqlara yeni tikiləcək Ağdam şəhəri və ətraf yaşayış məntəqələrinin Baş planı göstərilib.

Nümayəndə heyəti Ağdam şəhərindən sonra Füzuli rayonuna yola düşüb. Qonaqlar Füzulidən sonra isə Şuşaya gedəcək.

***

12:14

Gürcüstandan gələn müsəlman, o cümlədən azərbaycanlı din xadimlərinin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Ağdam rayonunun Ağdamkənd kəndində yaşayış məntəqəsinin dağıntılarına baxıblar, onlara işğal dövründə Ağdamda minalanmış ərazilərə dair məlumat verilib.

Qonaqlar Ağdam şəhərindən sonra Füzuliyə, daha sonra isə Şuşa şəhərinə səfər edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR