Gürcüstanın müsəlman din xadimi: “Ağdamda dağıdılmış evləri görmək üzücüdür”

Gürcüstanın müsəlman din xadimi: “Ağdamda dağıdılmış evləri görmək üzücüdür”
# 21 may 2022 13:01 (UTC +04:00)

Ağdamın hazırkı vəziyyəti, görünən mənzərə çox qorxunc və dəhşətlidir.

Bunu APA-ya açıqlamasında Qərbi Gürcüstan müsəlmanlar idarəsinin müftisi Adem Şantadze deyib.

O qeyd edib ki, dağıdılmış, xaraba qoyulmuş evləri, binaları görmək həddən artıq üzücüdür: “Allah bu cür dəhşəti heç kəsə göstərməsin. Biz ümid edirik ki, işğaldan azad olunmuş ərazilər daha gözəlləşəcək, daha da abadlaşacaq. Allah bu torpaq uğrunda canından keçən şəhidlərə rəhmət eləsin!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR