Hacı Şahin dəfn edilib - FOTO - YENİLƏNİB

Hacı Şahin dəfn edilib - FOTO  - YENİLƏNİB
# 02 mart 2023 15:48 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli dəfn edilib.

APA xəbər verir ki, Məşədi Dadaş məscidində təşkil olunan vida mərasimindən sonra o, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, o, bu gün səhər saatlarında ürək tutmasından vəfat edib.

***

12:06

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

APA xəbər verir ki, vida mərasimi Məşədi Dadaş məscidində təşkil olunub.

Vida mərasimindən sonra Hacı Şahin Həsənli “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR