Hacı Şahin dünyasını dəyişib - VİDEO

Hacı Şahin dünyasını dəyişib - VİDEO
# 02 mart 2023 08:17 (UTC +04:00)

Tanınmış ilahiyyatçı Hacı Şahin dünyasını dəyişib.

Bu barədə APA-ya ilahiyyatçının ailə yaxınları məlumat verib.

Köməkçisi APA-ya bildirib ki, Hacı Şahin ürək tutmasından vəfat edib.

İlahiyyatçının Feysbuk səhifəsində bildirilib: "Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.

Allah rəhmət eləsin!

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR