İcma rəhbəri: "Azad olunmuş ərazilərdəki kilsələrin ermənilərlə heç bir əlaqəsi yoxdur"

İcma rəhbəri: "Azad olunmuş ərazilərdəki kilsələrin ermənilərlə heç bir əlaqəsi yoxdur"
# 03 avqust 2022 13:03 (UTC +04:00)

“İşğaldan azad olunan Qarabağ torpağında X-XII əsrlərə aid olan kilsələr bu gün əsl sahiblərini Alban udiləri qarşılayır. Uzun illərdən sonra biz öz ata-babalarımızdan yadigar qalan məbədlərdə dini ayin icra edirik”.

APA xəbər verir ki, bunu bu gün Xocavənddə səfərdə olan Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili deyib.

O, işğal dövründə ermənilərin qədim alban kilsələrini özününküləşdirməyə cəhd etdiklərini vurğulayıb: “Buraya sonradan gətirilən erməni yazısı olan daşların yeni olduğu ilk baxışdan görünür. Amma tarixi ədaləti saxtalaşdırmaq heç də asan deyil. Çünki bu irsin azərbaycanlılara aid olduğu hər kəs tərəfindən etiraf edilir”.

İcma rəhbəri qeyd edib ki, Həvari kilsələrinin əsl varisləri olan Alban udiləri öz dini inanclarını qoruyub saxlamaqla, tolerant və multikultural Azərbaycan cəmiyyətində yaşadırlar: “Bunun bariz nümunəsidir ki, bu gün alban məbədlərini birlikdə ziyarət edirik. Prezidentimizin də dediyi kimi, işğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, o cümlədən bu məbədlər də bərpa edilərək əsl varislərinə geri qaytarılacaq”.

O, işğaldan azad olunmuş ərazilərə yerləşən kilsələrin erməni kilsəsi ilə heç bir əlaqəsinin olmadaığını vurğulayıb: “Bu gün biz Qarabağın gözəl guşəsi olan Hadrut qəsəbəsində Ağxaç kilsəsini ziyarət edirik. Bu, bizim doğma kilsəmizdir. Bu kilsələri ziyarət etməklə şəhidlərimizi yada salırıq. Onların qanı bahasına işğaldan azad olunmuş əraziləri gəlib ziyarət edirik. Şamlar yandırırıq, dualar oxuyuruq. Səfərlərimiz bundan sonra da olacaq və burada hər zaman ibadətlər edib, dualar oxuyacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR