İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib - VİDEO

İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib - VİDEO
# 27 aprel 2022 17:10 (UTC +04:00)

Azərbaycan Alban-udi xristian dini icmasının üzvləri Xocavənd rayonunun Tuğ kəndində Müqəddəs İohann kilsəsini ziyarət edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün Pasxa bayramı ilə bağlı Xocavəndə səfər edən icma nümayəndələri Hadrut qəsəbəsində olub, rayonun Hünərli və Tuğ kəndlərinə gedərək müqəddəs məbədləri ziyarət ediblər. İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib.

Qeyd edək ki, Müqəddəs İohann kilsəsi 13-cü əsrdə inşa edilib. İşğal dövründə ermənilər bərpa adı ilə saxtalaşdırılaraq onu erməniləşdirməyə çalışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR