İslamofobiya ilə bağlı konfransda daha bir plenar iclas keçirilib

İslamofobiya ilə bağlı konfransda daha bir plenar iclas keçirilib
# 16 mart 2023 16:17 (UTC +04:00)

“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması" mövzusunda plenar iclas keçirilib.

APA xəbər verir ki, iclasda dinlərarası hörmətin qurulması, bu istiqamətdə mövcud problemlər ətrafında müzakirələr və çıxışlar olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə hazırda Avropada geniş yayılan islamofobik düşüncənin Fransada tüğyan etdiyini təəssüf hissi ilə qeyd edib.

"Avropada islamofobiya təzahürləri olduqca genişlənib və kəskin hal alıb. Fransa Avropada islamofobiya və türkofobiya mərkəzi kimi davranır".

Misir Baş Müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının baş katibi İbrahim Nəgim əhəmiyyətli konfransa ev sahibliyi etdiyi üçün ölkə rəhbərliyinə və təşkilatçılara təşəkkür edib. Baş katib Avropadakı islamofobik hallara qarşı müsəlmanların birliyinin olmasının vacibliyini diqqətə çatdırıb: "Biz bu məsələ ilə bağlı məsuliyyətdən çəkinməməli, məsuliyyəti üzərimizə götürməli və dünyaya həqiqi islamı çatdırmaq üçün nə lazımdırsa, etməliyik".

Müasir Dini Məsələlər üzrə Fətva Şurası və Nəhdlətul Üləma Mərkəzi İdarəsinin əməkdaşı İffatul Umniati İsmayıl və Diyarbəkir-Mardin Metropolitinin əməkdaşı Saliba Özmen də, öz növbəsində, dini sıxışdırılma, islama qarşı nifrət nitqi hallarının qınanılmasını vacib hesab etdiklərini nəzərə çatdırıblar.


EULEMA Avropa Müsəlman Liderləri Şurasının sədri, İtaliyanın COREIS Dini İcmasının vitse-prezidenti, İSESCO-nun Dialoq üzrə səfiri Yahya Pallaviçini iBakı prosesini yüksək qiymətləndirib: "2008-ci ildə Bakı prosesi zamanı mədəniyyətlər və dinlərarası yanaşma formalaşmışdı".

Tbilisi İlahiyyat Akademiyası və Seminariyasının rektoru Georgi Zviadadze dini liderlərin dünyadakı proseslərə təsirindən danışıb: "Artıq dünya görür ki, dini liderlərin rolu yavaş-yavaş hətta siyasi liderlərdən də üstün olur. Bu proses məhz hazırkı problem üçün vaciblik təşkil edir".

Plenar iclas müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR