“İslamofobiya lüğəti”nin müəllifi: Fransada prezidentliyə namizəd müsəlmanları təhqir etdi, məsuliyyətə cəlb edilmədi

“İslamofobiya lüğəti”nin müəllifi: Fransada prezidentliyə namizəd müsəlmanları təhqir etdi, məsuliyyətə cəlb edilmədi
# 15 mart 2023 15:22 (UTC +04:00)

Son 10 il ərzində fikir verdim ki, Fransada artıq qanuni irqçiliyə doğru gedilir.

APA xəbər verir ki, bunu tarixçi, “İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Meziti İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Fransada islamofobiya” adlı plenar iclası zamanı deyib.

"Mən 10 il qabaq islamofobiya ilə bağlı kitabı yazanda insanlar deyirdilər ki, bu, şişirtmədir. Amma bu gün görürük ki, artıq biz qanuni irqçiliyə doğru gəlib çıxmışıq. Bu, Fransa dəyərlərinə xas bir hal deyil. Biz müsəlmanlara dünyəviliyə zidd olan cəmiyyət kimi baxmağa başlamışıq. Fransanın 10 faizi müsəlmandır. Bu, vətəndaşlığa etiraz etməkdir", - o qeyd edib.

Kamil Meziti islamofobiya tərəfdarlarının cəzasız qalmasına təəccübünü ifadə edib: "Xatırlayırsınızsa, Fransada prezidentliyə namizədlərdən biri müsəlmanları təhqir etdi və o, məsuliyyətə cəlb edilmədi. Bu, ağlasığmaz situasiyadır. Üstəlik, demək olar ki, artıq müsəlmanlar terrorçu anlayışı ilə eyniləşdirilir. Terror aktı olan kimi ilk ağla gələn müsəlmanlar olur. Bu, nə deməkdir? Terrorçu terrorçudur. Vəssalam. Bunun dinlə bağlılığı yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR