"Mənəvi intibah: dini etiqad azadlığının qarantı kimi" konfransı keçirilib - FOTO

"Mənəvi intibah: dini etiqad azadlığının qarantı kimi" konfransı keçirilib  - FOTO
# 23 iyun 2022 12:41 (UTC +04:00)

"Mənəvi intibah: dini etiqad azadlığının qarantı kimi" mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı şəhəri "Azərbaycan Bibliya Camiyyəti" xristian dini icmasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə əvvəlcə "Mənəvi intibah" filmi nümayiş olunub.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir:

"Azərbaycanda dini icmaların rahat şəkildə fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb. Azərbaycandakı dini icmalara səslənərək çağırış edirəm ki, ölkə həqiqətlərini, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmağa var qüvvələri ilə çalışsınlar, fəal olsunlar. Hədəfimiz dini icmalarla ölkədə mövcud olan dəyərləri daha da qorumaq, inkişaf etdirmək, eləcə də bəşəri dəyərlər üçün olduqca mühüm olan dəyərləri qorumaqdır".

Konfransda həmçinin, Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyətinin cəmiyyətin təhlükəsizliyi üçün böyük potensial olması, həmçinin dini etiqad azadlığının, nümunəvi mühitin qorunub saxlanılması, mövcud təhlükə və təhdidlərin qarşısının alınması üçün sistemli formada maarifləndirmə tədbirlərinin aparılması kimi məsələlər müzakirə edilib.

Tədbir ölkədə fəaliyyət göstərən müsəlman və qeyri-islam dini icma rəhbərlərinin çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR