Məşədi Dadaş məscidinə imam təyin edilib

Məşədi Dadaş məscidinə imam təyin edilib
# 02 may 2023 11:11 (UTC +04:00)

Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sədr məscidə yeni təyinatların olacağını da deyib: “Bundan başqa, oraya yenə əlavə təyinatlar olacaq. O cümlədən, məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”.

Mübariz Qurbanlı yeni imamın məsciddə bu gün təqdim olunacağını vurğulayıb.

Həmçinin qeyd olunub ki, imam Elmir Vəliyev də məsciddə fəaliyyətini davam etdirəcək. Onun yaxın zamanda təhsilini başa vurması gözlənilir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR