Mübariz Qurbanlı: “Azərbaycanda qeydiyyata alınmış 942 dini icmanın 35-i qeyri-islamdır”

Mübariz Qurbanlı: “Azərbaycanda qeydiyyata alınmış 942 dini icmanın 35-i qeyri-islamdır”
# 18 iyul 2019 13:23 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı 16-18 iyul tarixlərində Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransı çərçivəsində ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbeklə görüşüb.

Komitədən APA-ya bildirilib ki, M. Qurbanlı müasir Azərbaycanın dövlət-din münasibətləri modeli, dini durum haqqında ətraflı məlumat verib, 35-i qeyri-islam olmaqla 942 dini icmanın dövlət qeydiyyatına alındığını bildirib. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Mübariz Qurbanlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini vurğulayıb.

Öz növbəsində S.Braunbek Azərbaycan haqqında məlumatlı olduğunu, ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan nümayəndə heyəti ilə birgə ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR