Mübariz Qurbanlı: Bizim ingilis dilini mükəmməl bilən imamlarımız var, onları aşağılamaq olmaz

Mübariz Qurbanlı: Bizim ingilis dilini mükəmməl bilən imamlarımız var, onları aşağılamaq olmaz
# 15 dekabr 2022 13:48 (UTC +04:00)

“Hazırda məscidlərdə dini təhsili olmayanların ələnməsi prosesi gedir”.

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Vicdan azadlığı və media” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, bu proses başa çatdırılmalıdır: “Bizim elə məscidlərimiz var ki, orada rus, ingilis və digər dilləri mükəmməl bilən imamlarımız var. Onları aşağılamaq olmaz. Biz əgər "qəbiristanlıq mollaları"nı onların yanına qoyuruqsa, cəmiyyətdə inamsızlıq yaradırıq. Bəzən Qafqaz Müsəlmanları İdarəsi ilə bizim yerlərdə müəyyən fikir ayrılıqlarımız olur. Bu problemləri aradan qaldırmaq üçün kifayət qədər müzakirələr aparırıq. Hesab edirəm ki, dövlətin marağı gələndə hamı bir söz deməlidir. Şəxsi maraqlar, qrup maraqları bir kənara qoyulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR