"Müqəddəs Məryəmin nuru" əsərinin təqdimatı olub - FOTO

"Müqəddəs Məryəmin nuru" əsərinin təqdimatı olub  - FOTO
# 05 yanvar 2023 12:16 (UTC +04:00)

"Müqəddəs Məryəm" katolik kilsəsində "Müqəddəs Məryəmin nuru" əsərinin təqdimatı olub.

APA xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nümayəndələri, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, mədəniyyət nümayəndələri iştirak ediblər.

Əsərin müəllifi rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azarbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülarə Salayeva bildirib ki, bu gün Azərbaycanda bütün dinlərin nümayəndələrinin ibatəd etməsi üçün hər bir şərait var:

"Bu baxımdan Azərbaycan mulikultural dəyərlərin qorunması və tolerantlıq baxımından dünya üçün nümunə ola biləcək bir ölkədir. Hesab edirəm ki, bütün müqəddəsləri yer üzünə Allah göndərib. Ona görə də, bu müqəddəslər dinindən asılı olmayaraq hər kəsə aiddir. Eyni zamanda "Müqəddəs Məryəm" obrazı bəşəriyyət tarixi-ictimai düşüncəsində mühüm və əhəmiyyətli yerə malikdir. İdealllıq haqqında təsəvvürləri öz surətində ifadə edən bu universal obraz xristianlıq tarixində dəqiq kanonlara əsaslanaraq müvafiq tərzdə vizuallaşıb, lakin onun mənəvi mahiyyəti fərqli dünya və milli din-inanc sistemlərində də əks olunub. Xristianlıq, yəhudilik dinlərinin müqəddəs kitablarında Məryəm haqqında verilən məlumatların qarşılıqlı dürüstləşməsi obrazın unikallığının və eyni zamanda universallığının sübutudur. Məryəmin dünyəvi həyatında biruzə olunan xeyirxahlıq, insansevərlik, zəiflərə himayədarlıq, dözümlülük, mübariz və fədakarlıq xüsusiyyətləri ümumbəşəri əhəmiyyat kəsb edir. Bu aspektdə onun bəşəri-humanist mahiyyəti müasir beynəlxalq ictimai mühitin dəyər sistemində yer alır".

Müəllifin fikrincə, Azərbaycanın multikultural reallığının hər məqamında Müqəddəs Məryəmə xüsusi rəğbət xristianlığın bu torpaqlarda yayılması faktoru ilə bağlı olsa da, türk-islam mədəniyyətində anaya, qadına səciyyələnən münasibətin spesifikasından törəyir.

"Müqəddəs Məryəmin təsviri reprezentasiyalarının tarixi antik dövrün sonundan başlayaraq postmodernist bədii tendensiyaların cərəyan etdiyi dövrədək uzun və keşməkeşli yol keçib. Onun dəqiq ikonoqrafik tipləri əsrlər boyu xristianlıq bədii ənənəsində formal-üslubi həlldən asılı olmayaraq formalaşıb" - deyə o qeyd edib.

Kilsəyə hədiyyə olunan əsərdə Müqəddəs Məryəmin ənənəvi təsviri verilib. Burada onun kanonik simvolları, səma mavili geyimi və incə qatlarla verilən baş örtüyünün fonunda 12 şüalı günəşli tac və onu əhatə edən eyni sayılı qızıl ulduzlar yer alıb. Günəş nuru simvolizə edir, 12 ulduz isə 12 müqəddəs həvarinin davamçılarının, xristianlığa pənah gətiran xalqların ifadəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR