Ombudsman Aparatı: İslamofobiya müsəlmanlara qarşı qorxunun yaradılması məqsədi güdür

Ombudsman Aparatı: İslamofobiya müsəlmanlara qarşı qorxunun yaradılması məqsədi güdür
# 15 mart 2023 10:30 (UTC +04:00)

Ermənilər işğal zamanı dini abidələrə, məscidlərə və qəbirlərə qarşı zorakı və dağıdıcı siyasət yürüdüb. Dünya ictimaiyyəti bütün bu hallara şahiddir.

APA xəbər verir ki, bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti" plenar iclasında çıxışı zamanı deyib.

Aydın Səfixanlı ermənilərin soyqırımı siyasətini Fransadan mənimsədiyini diqqətə çatdırıb.

"İşğaldan azad olunmuş ərazilərə beynəlxalq təşkilatın nümayəndələri səfər edərkən bu vandalizmləri özləri görüblər. Həmçinin erməni tərəfindən insanlarımıza qarşı soyqırımı da həyata keçirilib. Çünki o adamlar müsəlmandırlar, türkdürlər. Bütün bu faktlar cinayətdir. Amma bu prosesi həyata keçirənlər cəzalandırılmayıb. Ermənistan bunları həyata keçirərkən başqa ölkələrdən nümunələr götürüb. Məsələn, Fransadan. Fransanın 1 milyon 500 min əlcazairliyə qarşı soyqırımını unutmaq olmaz. Bunun ədalətini daim tələb etməliyik", - o əlavə edib.

Aydın Səfixanlı qeyd edib ki, İslamofobiya, əslində, məqsədli şəkildə İslamın həqiqi tərəfini təhrif eləmək və müsəlmanlara qarşı, bir növ, qorxunun yaradılması məqsədini güdür.

O, İslamofobiyanın artıq bəzi ölkələrdə tendensiyaya çevrildiyini vurğulayıb.

"Fransada müsəlman kimi doğulmuş şəxs dərhal qara siyahıya salınır, o, müəyyən təcridlərə məruz qalır və Fransada İslamofobiya artıq açıq formada institutlaşdırılır, legitimlik qazanır. Bu, çox təəssüfedici haldır.

Müsəlmanların dini kitabının yandırılmasına da son zamanlar rastlanır. "Quran"ın yandırılması və digər bu kimi neqativ hallar ifadə azadlığı adı altında həyata keçirilir. Bu, yolverilməzdir. Məsələn, İsveçdə müsəlmanların dini kitabı olan "Quran"ın yandırılmasının ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur", - Aparat rəhbəri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR