Ötən il 1 118 din xadiminə maddi dəstək göstərilib

Ötən il 1 118 din xadiminə maddi dəstək göstərilib
# 17 mart 2023 12:45 (UTC +04:00)

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə dəstək vermək məqsədilə rəsmi olaraq məscidlərə təyin edilmiş 1118 nəfər din xadiminə (imam, imam müavini və mütəvəlli) maddi dəstək göstərilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, bundan əlavə, din xadimlərinə dövlət qayğısının təzahürü olaraq rəsmi təyinat almış din xadimlərinə verilən maddi dəstəyin məbləği artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR