Papa XVI Benedikt dəfn edilib

Roma Papası

© APA | Roma Papası

# 05 yanvar 2023 16:44 (UTC +04:00)

Fəxri Roma Papası XVI Benedikt bu gün Vatikanda Müqəddəs Pyotr kilsəsində dəfn edilib.

APA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

XVI Benedikt ötən ilin 31 dekabr tarixində 96 yaşında vəfat edib.

Qeyd edək ki, XVI Benedikt 500 il sonra Müqəddəs Taxtda olmuş ilk almandır. Həmçinin, Vatikan tarixində ilk dəfədir ki, Roma Papası öz sələfini son mənzilə yola salır.

Xatırladaq ki, XVI Benedikt 1415-ci ildən sonra ilk Roma Papasıdır ki, könüllü olaraq 2013-cü ilin fevralında sağlıq durumunu əsas gətirərək taxt-tacdan əl çəkib və “Təqaüddə olan pontifik” titulunu alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR