Patriarx Kirill: “Azərbaycan və Ermənistanın dini liderlərinin dialoqu hər kəs üçün nümunə olacaq”

Patriarx Kirill

© APA | Patriarx Kirill

# 13 oktyabr 2021 12:56 (UTC +04:00)

“İnanıram ki, Azərbaycan və Ermənistanın dini liderlərinin nüfuzu insanların şüuruna faydalı təsir göstərə bilər”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bugünkü görüş, dini liderlərin dialoqu hər kəs üçün nümunə olacaq.

Patriarx Kirill görüş əsnasında qədim Qafqaz torpaqlarında uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına töhfə verəcək qarşılıqlı anlaşmanın əldə ediləcəyinə ümid etdiyini də qeyd edib: “Biz bu gün bura Dağlıq Qarabağdakı uzunmüddətli münaqişənin nəticələrini aşmaq üçün toplaşmışıq. Az olmayan 30 il ərzində biz öz icmalarına cavabdeh din adamları kimi bu faciəli qarşıdurmanı yumşaltmaq üçün çalışırıq. Bizim xoşməramlı ənənəmizə uyğun olaraq Allahşükür Paşazadənin və II Qareginin Moskvaya səfər edərək, danışıqlar masası arxasında oturmasına görə təşəkkür edirəm.

Təəssüf ki, elə adamlar tapılır ki, dinin qəddarlığa, zorakılığa, qan tökülməsinə haqq qazandırdığını iddia edir. Biz dini müharibələrlə əlaqələndirmək cəhdlərinə birmənalı cavab verməliyik. Dini müharibələr din tarixinin dəhşətli və günah səhifələrindən biridir. İndiki əsrdə biz elə etməliyik ki, din və müharibə anlayışları bir məqsəddə birləşməsin. Biz gənc nəslin gələcəyi üçün cavabdehik.

Bu gün bizim bu vacib mövzular ətrafında söhbət etmək imkanımız var. Mən ümid edirəm ki, daha çox bizim xalqlarımıza lazım olan düzgün ifadələri tapacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR