Professor: Fransada müsəlman qadınların hicab qadağası ayrı-seçkilikdir

Professor: Fransada müsəlman qadınların hicab qadağası ayrı-seçkilikdir
# 15 mart 2023 15:37 (UTC +04:00)

Fransada müsəlman qadınların hicab qadağası həm də seksist yanaşma və ayrı-seçkilikdir.

APA xəbər verir ki, bunu professor Sahar Aziz İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Fransada islamafobiya” adlı plenar iclası zamanı deyib.

O, bu halı bir qadına öz bədəni ilə davranışın təlqin edilməsi kimi qiymətləndirib.

"Bu, absurddur. Fransada müəyyən siyasi müsəlman qruplarla fikirlərinin üst-üstə düşməməsinin əziyyətini məhz müsəlman cəmiyyəti çəkir. Bunun özü də olduqca qüsurlu faktdır", - Sahar Aziz vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR