Qeyri-islam dini icmalarının nümayəndələri Qubaya səfər edib - FOTO

Qeyri-islam dini icmalarının nümayəndələri Qubaya səfər edib - FOTO
# 28 mart 2023 11:13 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin iştirakı ilə qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə səfər edən xarici qonaqların Qubaya səfəri başlayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, iştirakçıların Dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə ilə yaxından tanış olub və yerli icmanın nümayəndələri ilə görüşüblər. Qonaqlar Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə yaxından ilə tanış olublar.

Səfər çərçivəsində qonaqlar qəsəbədəki “Giləki” və “Altı günbəz” sinaqoqlarında olacaq, həmçinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.

Səfərə Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Bibliya Cəmiyyəti, Yeddinci Günün Adventistləri, Xilaskar Yevangelik-Lüteranlar, Bakı şəhəri Yeni Apostol, Həyat sözü Xristian, Yevangelist Məsihi Baptistlərinin Aqape, Həyat sözü, Həyatverici lütf, Alov, Vineyard, Krişna Şüuru, Molokan ruhani-xristian və Bəhai dini icmaları qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR